Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

Sentsov Putin rejimilə savaşdığını deyir


Oleh Sentsov

Beş ildən artıq müddətdə Rusiyada həbsdə qalmış ukraynalı kinorejissor Oleh Sentsov Rusiya hakimiyyətini Ukraynanı “kölə etmək” istəyində ittiham edib. O, ukraynalıların hamısını ölkənin şərqində gedən müharibənin bitməsindən ötrü çalışmağa çağırıb.

Sentsov məhbus mübadiləsi çərçivəsində Ukraynaya qayıdandan 16 gün sonra AzadlıqRadiosu-na (RFE/RL) müsahibə verib. O, Rusiya, yaxud rusiyalılara deyil, Prezident Vladimir Putin rejiminə qarşı savaşdığını söyləyib.

“Savaş deyərkən ilk növbədə Ukraynanı kölə etmək istəyən Putin rejiminə qarşı işləyib mübarizə aparmağı nəzərdə tuturam”, – o, sentyabrın 23-də verdiyi müsahibədə vurğulayıb.

“Bu, Donbasda müharibəni bitirmək, məhbusları qaytarmaq, Krımı qaytarmaq deməkdir. Hər bir ukraynalı bu şeylər uğrunda vuruşmağa borcludur. Bu o demək deyil ki, kimsə harasa gedib nəsə partlatmalıdır”, – Sentsov deyib.

Əslən Krımdan olan kinorejissor Rusiyanın 2014-cü ilin martında bu regionu ilhaq etməsinə qarşı çıxıb. O, həmin ilin mayında həbs olunub, Rusiyada məhkəmə ona terrorçuluq ittihamları ilə 20 ilədək həbs cəzası kəsib.

Özü və tərəfdarları ittihamları siyasi motivli elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG