Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00

E.Məmmədyarov həmsədrlərlə görüşüb


Nazirlər həmsədrlərlə birlikdə. Foto arxiv

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 22-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət müzakirə edilib. Habelə, ümumilikdə münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivlərinin nəzərdən keçirildiyim bildirilir.

Bu gün, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü gözlənir.

Bundan əvvəl də nazirlər bu ilin iyun ayında yenə ABŞ-da (Vaşinqton) görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmışdılar.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG