Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 22:40

Ermənistan İsraildə səfirlik açır


Zohrab Mnatsakanian

Ermənistan hökuməti İsraildə səfirlik açmaqla bağlı qərar verib.

“İsrail Yaxın Şərqdə vacib oyunçudur. Səfirliyin açılması ikitərəfli münasibətlərin dərinləşdirilməsinə, Ermənistanın regiondakı maraqlarına töhfə verəcək”, – Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanian deyib.

Təsdiqlənmiş layihəyə görə, səfirliyin iqamətgahı Təl-Əvivdə yerləşəcək. «Ermənistan-İsrail ikitərəfli münasibətlərinin davamlı inkişafı baxımından səfirlik mümkün qədər tez (2019-cu ilin sonu, 2020-ci ilin əvvəli) açılmalıdır», – qərarda deyilir.

“İsraildə Ermənistan səfirliyinin açılması və bununla da ikitərəfli münasibətlərə yeni impuls verilməsi Ermənistanın regiondakı maraqlarının daha effektiv müdafiəsinə yönəlib. Səfirliyin yaradılması həmçinin çoxəsrlik erməni iştirakının dövlət səviyyəsində saxlanmasına, onun zəngin tarixi-mədəni irsinin qorunmasına, Erməni Apostol kilsəsinin müqəddəs yerlərin hüququ sahibi kimi saxlanmasına hədəflənib”, – sənəddə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG