Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:56

İdxal 37 faiz artıb


İdxal

Bu ilin 8 ayında Azərbaycanda xarici ticarət dövriyyəsi 22 mlrd. 901.84 mln. ABŞ dolları təşkil edib.

Bu barədə bugün, sentyabrın 16-da Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumata görə, bunun 13 mlrd. 519.91 mln. dolları ixracın, 9 mlrd. 381.93 mln. dolları isə idxalın payına düşür.

DGK bildirir ki, müsbət saldo 4 mlrd. 137.98 mln. dollar təşkil edib. Halbuki, keçən ilin 8 ayında müsbət saldo bundan 1.88 mlrd. dollar çox - 6 mlrd. 16.49 mln. ABŞ dolları olmuşdu.

2018-ci ilin eyni dövründə xarici ticarət dövriyyəsi 19 mlrd. 743.39 mln. dollar təşkil etmişdi. Bunun da 12 mlrd. 879.94 mln. dolları ixracın, 6 mlrd. 863.45 mln. dolları da idxalın payına düşmüşdü.

İxrac 640 mln. dollar, idxal isə 2.5 mlrd. dollar artıb.

Buğda idxalı da artıb, ət idxalı da

Hesabat dövründə ölkəyə buğda idxalı da artıb, ət idxalı da.

Dövlət Gömrük Komitəsi (DGK) vurğulayır ki, bu ilin 8 ayında ölkəyə 33 min 210.72 ton ət gətirilib. Həmin ətə isə 50 mln. 138.31 min ABŞ dolları xərc çəkildiyi qeyd olunur. Analoji dövrdə ölkəyə 852 min 878.20 ton da buğda idxal edildiyi bildirilir. Buna da 186 mln. 213.41 min dollar xərcləndiyi açıqlanıb.

2018-ci ilin 8 ayında ölkəyə 30 min 186.16 ton ət gətirilmişdi. Ona da 43 mln. 660.67 min dollar xərclənmişdi.

Eyni zamanda, həmin vaxt Azərbaycana 130 mln. 955.79 min dollar qarşılığında 730 min 990.23 ton buğda alındığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG