Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Trump İranla ‘şərtsiz göruş’ olmayacağını deyir


Hassan Rouhani (solda) və Donald J. Trump (sağda)
Hassan Rouhani (solda) və Donald J. Trump (sağda)

ABŞ Prezidenti Donald Trump sentyabrın 15-də İran lideri ilə görüşlə bağlı özünün və əsas köməkçilərinin dediklərinin əksinə danışıb. Dövlət katibi Mike Pompeo, Maliyyə naziri Steven Munuchin deyirdilər ki, Trump İran Prezidenti Hassan Rouhani ilə ilkin şərtsiz görüşə hazırdır.

Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlarda Birləşmiş Ştatlar İrandan şübhələnir. Bu hücumlardan bir gün sonra Trump sosial mediada yazıb: “Saxta Xəbərlərdə deyilir ki, mən İranla ‘Heç bir şərtsiz’ görüşməyə hazıram. Bu, yanlış bəyanatdır”.

2018-ci il iyulun 30-da Ağ evdə keçirdiyi brifinqdə Trump demişdi ki, İranla “istənilən vaxt... qeyd-şərtsiz” görüşməyə hazırdır. “Onlar görüşmək istəyirlərsə, mən də görüşərəm”, – o bildirmişdi.

Sentyabrın 12-də isə Mnuchin deyib ki, Trump “Rouhani ilə heç bir şərtsiz bir araya gələcək”.

Bir neçə gün öncə Pompeo jurnalistlərə söyləyib ki, “prezident ilkin şərtsiz görüşmək istədiyini aydın şəkildə bildirib”.

Neft bahalanır

İran yalnız sanksiyalar qaldırılarsa Trump-la görüşün baş tutacağını bəyan edib.

Trump ötən il Tehranla 2015-ci il nüvə sazişindən çıxaraq İranın neft sənayesi və maliyyə sektoruna sanksiyaları bərpa edib. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Bu arada Trump bildirib ki, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının neft hasilatının yarısını sıradan çıxarmış 14 sentyabr hücumuna cavab verməyə hazırdır.

Trump enerji bazarlarını sabitləşdirmək üçün “gərəkərsə”, ABŞ-ın strateji neft ehtiyatlarını buraxmaq göstərişi verdiyini bildirib. Rəsmi məlumata görə, bu rezervlərə 630 milyon barrel neft daxildir.

Sentyabrın 16-da səhər Brent xam nefti 19 faiz bahalaşaraq barreli 71,95 dollara, Qərbi Texas nefti isə 15 faiz bahalanaraq barreli 63,34 dollara qalxıb.

14 sentyabr hücumu nəticəsində hasilat günə 5,7 milyon barrel azalıb. Ölkənin Saudi Aramco neft nəhəngi bildirib. Bu, dünyada neft hasilatının 5 faizi deməkdir, “Reuters” və “Wall Street Journal” yazırlar.

Səudiyyə rəsmiləri hasilatın üçdə birinin sentyabrın 16-dan bərpa olunacağını bildirir.

Adı çəkilməyən ABŞ rəsmisinin “Reuters”ə deməsinə görə, hücumun istiqaməti onun arxasında İranın durduğunu göstərir.

İran isə ittihamları rədd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG