Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Bakı beynəlxalq qurumlara üz tutub


XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bugün, sentyabrın 13-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada yazılıb ki, Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-kvo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları bölgədə vəziyyətin kəskinləşməsinə xidmət edib: «Onlar beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı».

Açıqlamada yazılıb ki, Azərbaycan xarici işlər naziri BMT-nin, ATƏT-in baş katiblərinə, Minsk qrupunun həmsədrlərinə və Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinə məktublar ünvanlayıb. «Məktublarda... işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyniməzmunlu notalar ünvanlandı», - XİN bildirir.

XİN-in vurğulamasına görə, Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, Dağlıq Qarabağ bölgəsinin statusuna yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Bu münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlər, danışıqlar davam edir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı mövcud qüvvələrin də danışıqlara qatılmasını istəyir. Amma Azərbaycan Dağlıq Qarabağın mövcud idarəçilərini tanımır və onları separatçı sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG