Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

FIFA rəsmiləri İrana gedir


İranda qızların etirazı, 2006-cı il
İranda qızların etirazı, 2006-cı il

FIFA rəsmiləri İrana səfər edərək qadınların kişilərin futbol oyunlarına buraxılmasına hazırlıq işlərini nəzərdən keçirəcəklər. Bunu dünya futbolunu idarə edən qurumun sözçüsü sentyabrın 11-də “Reuters” və “Frans Pres” agentliyinə deyib.

Səfərin gələn iki həftə ərzində reallaşacağı bildirilir. Bu səfərdən öncə 29 yaşlı iranlı qadın futbol matçına girməyə cəhd ittihamıyla üzləşəndən sonra özünü yandırıb və vəfat edib.

“Mavi qız” ləqəbli Sahar Khodayari Tehranda xəstəxanada keçinib.

FIFA-nın sözçüsünün deməsinə görə, nümayəndə heyətinin səfəri sırf Khodayari-nin ölümüylə bağlı deyil, oktyabrın 10-da Dünya kubokunun təsnifat oyunları çərçivəsində İranda Kambociya ilə qarşılaşmaya hazırlıqla əlaqədardır.

FIFA sentyabrın 10-da başsağlığı verib, İran hakimiyyətini bir daha “qadınların stadion qadağası ilə qanuni mübarizə aparanların azadlıq və təhlükəsizliyini təmin etməyə” çağırıb.

Qurumun prezidenti Gianni Infantino bundan öncə İran hakimiyyətini qadınları oyunlara buraxmaqdan ötrü “konkret addımlar” atmağa çağırıb.

Son illər stadionlarda kişilərin idman yarışlarını izləməyə yalnız seçilmiş qadın qrupları buraxılıb. Qanunvericilikdə qadınların idman arenalarına getməsinə yasaq nəzərdə tutulmayıb. Ancaq ruhanilərin fikrincə, qadınlar söyüş söyən, yarıçılpaq kişilərin olduğu yerə buraxılmamalıdır.

“Human Rights Watch” insan haqları təşkilatından Minky Worden Twitter-də yazıb ki, Infantino İranın bu pozuntuya son qoyması üçün yetərincə təzyiq göstərməyib.

“Qadınların onillərdir İranda stadion qadağasına etirazının faciəylə bitəcəyi gözlənən idi”, – yazan Worden FIFA-nı iranlı qadının ölümündən sonra hansı addımları atacağını təsdiqləməyə çağırıb.

Məlumatlara görə, FIFA İrana avqustun 31-dək vaxt verib ki, qurumun qeyri-diskriminasiya nəzərdə tutan nizamnaməsinə əməl eləsin.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG