Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:44

Stadiona buraxılmayan, özünü yandıran iranlı qadın ölüb


Honq Konqla matçda da Sahar Khodayari anılıb
Honq Konqla matçda da Sahar Khodayari anılıb

29 yaşlı iranlı qadın özünü yandırandan sonra dünyasını dəyişib. O, kişilərin futbol yarışına getməyə cəhddə ittiham olunurdu.

Sevimli Esteghlal (İstiqlal) komandasının rənginə görə “Mavi qız” ləqəbini daşıyan Səhər Xodayari (Sahar Khodayari) Tehranda xəstəxanada dünyasını dəyişib.

Təsdiqlənməmiş məlumatlara görə, o, ötən həftəsonu keçinib, ancaq şiələrin müqəddəs Qum şəhərində yüksək təhlükəsizlik tədbirləri altında dəfn olunandan sonra xəbər sentyabrın 9-da yayılıb.

Səhər sentyabrın 2-də məhkəmənin qabağında üstünə benzin tökərək yandırıb. Futbol oyununa baxmaq üçün stadiona keçməyə cəhd edəndən sonra ona ittiham irəli sürülmüş, dindirilməyə çağırılmışdı.

Bacısı əvvəllər də intihara cəhd etdiyini deyir

Qadının bədəninin 90 faizindən çoxu yanmış, ağciyərləri zədələnmişdi.

Bacısı Səhərin biopolyar affektiv pozuntudan əziyyət çəkdiyini, əvvəllər də intihara cəhd etdiyini deyib. Bacısı İran mediasına deyib ki, həbsindən, altı aylığa həbs oluna biləcəyini eşidəndən sonra əqli durumu pisləşib.

Qadının sözlərinə görə, martın ortasında bacısı mavi parik qoyub, uzun plaş geyinərək Tehrandakı Azadi stadionuna girməyə cəhd göstərib. Səhər onun üzərində axtarış aparmaq istəyən mühafizə əməkdaşlarına qadın olduğunu söyləyib.

“Onu elə oradaca həbs ediblər”, – bacısı sentyabrın 5-də Shahrvandonline.ir-ə müsahibəsində deyib.

Səhərin saxlanması, intihara cəhdi və ölümü sosial mediada böyük narazılıq yaradıb. Dövlətin qadınları 40 ilə yaxındır stadionlara buraxmaması pislənilir.

Son illər qadınlardan ibarət seçmə qruplar futbol yarışlarına buraxılır.

Sadiq qadın futbol azarkeşlər isə bəzi hallarda bu qadağanı pozaraq kişi paltarında stadiona keçirlər.

İranın qızı...

“O, İranın qızıydı”, – deputat Parvaneh Salahshouri deyib. O, ölkədə kişilərin qadınların yerinə qərar verdiyini, onları təməl hüquqlarından məhrum etdiyini sözlərinə əlavə edib.

“Bu ölkənin Səhərlərinin həbsi və yandırılması üçün hamımız məsuliyyət daşıyırıq”, – Salahshouri Twitter-də yazıb.

Esteghlal komandasının bəzi oyunçuları sosial mediada Səhərin ölümündən kədərləndiklərini, onun mücadiləsindən “utanc hissi keçirdiklərini” yazıblar.


Milli komandanın oyunçusu Hossein Mahini Sahar Khodayari-nun şərəfinə tanınmış futbol karikaturaçısı Omar Momani-nin çəkdiyi rəsmi paylaşıb.

Ötən həftə adı çəkilməyə rəsmi deyib ki, gənc qadın üzünü örtmədiyinə və təhlükəsizlik əməkdaşları ilə toqquşduğuna görə saxlanıb.

Bu arada FIFA da İrana qadınların futbol yarışlarına qoyulmuş qadağanı ləğv etməyə, azından yüngülləşdirməyə çağırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG