Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:13

Çin ABŞ-ın bəzi məhsullarını rüsumdan azad edir


Çində bank əməkdaşı
Çində bank əməkdaşı

Çin Birləşmiş Ştatlardan idxal olunan 16 növ məhsula rüsumları qaldırıb. Bir neçə günə iki ölkə ticarət danışıqlarını bərpa etməlidir.

Rüsumdan azad olunan məhsullara xərçəngə qarşı bəzi dərmanlar, sürtük maddələri, heyvan qidalarının inqrediyentləri daxildir. Məlumatı Maliyyə Nazirliyi bu gün – sentyabrın 11-də yayıb.

Pekin hələ mayda bildirmişdi ki, bəzi məhsullarla bağlı tariflərə möhlət verəcək. Uzanan ticarət müharibəsi artıq ölkə iqtisadiyyatına təsirini göstərməkdədir.

Bəzi təhlilçilər bu addımı dostyana jest adlandırsa da, bunu tərəflərin sövdələşmə hazırlamasının əlaməti saymırlar.

“Rüsumların qaldırılması oktyabra planlaşdırılan danışıqlar öncəsi Birləşmiş Ştatlara qarşı səmimiyyət jesti hesab oluna bilər, ancaq bu, daha çox iqtisadiyyatı dəstəkləmək vasitəsidir”, – ING şirkətinin Çin üzrə iqtisadçısı Iris Pang yazıb.

“Gözlənən ticarət danışıqlarında qeyri-müəyyənliklər çoxdur. 16 məhsula tarifin qaldırılması Çinin mövqeyini dəyişməyəcək”, – o, sözlərinə əlavə edib.

Çin ABŞ-dan idxal olunan 5 mindən çox məhsula əlavə rüsum tətbiq edib. ABŞ-dan idxal olunan soya məhsulları və donuz əti də əlavə rüsuma məruz qalıb. Bu arada Çin Braziliya və digər ölkələrdən idxalı gücləndirib.

Pekin bildirib ki, başqa yerlərdən asanlıqla əvəzlənə bilməyən ABŞ məhsullarına rüsumu qaldıracaq.

Təhlilçilərin fikrincə, soya bitkiləri və ABŞ-da istehsal olunan avtomobillər kimi əsas idxal məhsullarına rüsum qoymaqla Çin Prezident Donald Trump-ın əsas siyasi dəstək bazasını hədəfə alır. Bu zavod və fermer sahələri əsasən orta qərb və cənub ştatlarında yerləşir.

Hazırda iki ölkə qarşılıqlı olaraq yüzmilyardlarla dollar məhsula əlavə rüsumlar tətbiq edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG