Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:27

Sarımsaq əkənlər ticarət müharibəsindən qazanclı çıxır – Qərb mediası


Arxiv fotosu

ABŞ-da milyonlarla fermer Prezident Donald Trump-ın Çinlə ticarət müharibəsindən əziyyət çəkir. Amma Al-Jazeera televiziyası sarımsaq becərənlər bu müharibədən uduşlu çıxdığını bildirir.

Məsələ bundadır ki, onillər boyunca Çindən idxal olunan ucuz sarımsaq yerli istehsalçılara ziyan vurub. İndi Çindən idxala əlavə rüsumlar qoyulduğundan yerli fermerlərin gəliri artmağa başlayıb. Özəlliklə, Kaliforniyada becərilən sarımsağın satışı yüksəlib.

Çindən idxal olunan sarımsağa rüsum bu ilin mayından 10 faizdən 20 faizə qaldırılıb. O zaman ABŞ Çindən 200 milyard dollarlıq məhsula tarif qoymağa başladı.

İki ölkənin ticarət müharibəsi davam edir. Çin sentyabrın 1-dən Amerikadan soya və xam neft daxil bir sıra məhsullara 5-10 faizlik rüsum tətbiq edib.

“CNBC” yazır ki, tariflər 5 mindən çox məhsulun yalnız üçdə birini əhatələyir. Belə ki, Çin tərəfi ticarət razılaşması çərçivəsində qalan məhsullara əlavə tarifləri təxirə salıb. Rüsumların böyük hissəsinin dekabrın 15-dən qüvvəyə minəcəyi gözlənir. Çin ABŞ avtomobilləri və avto-hissələrə də rüsumları bərpa etməyi planlaşdırır.

Çinin Maliyyə Nazirliyi avqustun 23-də bildirmişdi ki, ABŞ-dan 75 milyard dollarlıq məhsula rüsumlar qoyulacaq və bu, ABŞ-ın analoji addımına cavab olaraq gerçəkləşdirilir. Elə Prezident Donald Trump-ın son tarifləri də dünəndən qüvvəyə minib.

Dekabrdan tariflərin daha bir raundu qüvvəyə minməlidir və bu, Çindən ümumilikdə 550 milyard dollarlıq məhsulun əlavə rüsuma məruz qalması deməkdir.

“CNBC” Pekinin bununla ölkə içində əhvalı, əlavə rüsumların iqtisadiyyata təzyiqini azaltmağa çalışdığını yazır. “Tariflər Çinin inkişafını durdura bilməz”, – Çinin Kommunist Partiyasının “People’s Daily” qəzeti bazar günü manşetdə yazıb.

Son hesabatlar da Çin şirkətlərinin tariflərə uyğunlaşmaq və özlərini uzunmüddətə ayaqda saxlamaqdan ötrü yollar axtardığını üzə çıxarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG