Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Terrorun ildönümündə ABŞ səfirliyi yaxınlığında partlayış olub


Kabildə ABŞ səfirliyi
Kabildə ABŞ səfirliyi

Sentyabrın 11-də səhər Əfqanıstanın Müdafiə Nazirliyi kompleksinə raket atılıb. Bu kompleks ABŞ səfirliyinin yanında yerləşir.

Xəsarət alan olmayıb.

***

Sentyabrın 11-də səhər Əfqanıstanın Müdafiə Nazirliyinin binasına da raket atılıb. Xəsarət alan olmayıb.

“Müdafiə Nazirliyinin divarına raket atılıb, xəsarət alan yoxdur”, – nazirliyin sözçüsü Nosrat Rahimi deyib.

“Kabildəki ABŞ səfirliyi yaxınlığında partlayış olduğunu təsdiqləyirik. ABŞ diplomatik missiyasının üzvlərinə partlayışın birbaşa təsiri olmayıb”, – Dövlət Departamentinin rəsmisi bildirib.

***

Sentyabrın 11-də səhər saatlarında Kabildəki ABŞ səfirliyi yaxınlığında raket partladılıb. “AP” agentliyi heç kəsin xəsarət almadığını xəbər verir.

Səfirliyin işçiləri səsgücləndiricilər vasitəsilə bu sözlərin deyildiyini eşidiblər: “Binada raket partlayışı törədilib”.

ABŞ və Əfqanıstan rəsmiləri hələlik, rəsmi açıqlama verməyiblər.

Bu partlayış Birləşmiş Ştatlarda 11 sentyabr terrorunun 18-ci ildönümündə törədilib. ABŞ Əfqanıstanda hərbi əməliyyatları məhz həmin terrordan sonra başladıb.

Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trump Talibanla sülh danışıqlarının “öldüyünü” deyib. Danışıqlar bir neçə aydı aparılırdı.

Bu açıqlamaya isə Talibanın Kabildə törətdiyi partlayış səbəb olmuşdu. Həmin partlayışda biri ABŞ əsgəri olmaqla 12 nəfər öldürülmüşdü.


Əməliyyatlar gücləndirilə bilər

Trump deyib ki, Taliban bu hücumu danışıqlarda daha yaxşı sövdələşmə mövqeyinə çıxmaq üçün gerçəkləşdirib.

ABŞ generalı, ABŞ Mərkəzi Komandanlığının rəhbəri Kenneth McKenzie sentyabrın 9-da Əfqanıstana səfəri zamanı jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Talibana qarşı əməliyyatları gücləndirə bilər.

Hazırda bu ölkədə 14 minədək ABŞ əsgəri var. Trump Əfqanıstanda əsgərlərin saxlanmasını, müharibəyə milyardlarla dollar xərclənməsini “gülünc” adlandırıb.

BMT-nin Əfqanıstandakı elçisi Tadamichi Yamamoto isə sentyabrın 10-da deyib ki, Əfqanıstan hökumətilə Taliban arasında sülh danışıqlarının “mümkün qədər tez” başlanması vacibdir.

Bu gün ABŞ-da 2001-ci il 11 sentyabr terrorunun qurbanlarının yaxınları anım mərasiminə yığışacaq. Trump Pentaqondakı anım tədbirinə qatılacaq.

Hücum zamanı Nyu Yorkda ticarət mərkəzinin iki qülləsi qaçırılmış təyyarələrlə vurulmuş, 3 minədək adam həlak olmuşdu.

ABŞ-da 11 sentyabr anım və vətənpərvərlik günü olmaqla yanaşı, həm də könüllülük günüdür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG