Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Oktyabr, bazar, Bakı vaxtı 23:58

İqlimə adaptasiyaya daha çox sərmayə ‘qoyulsun’


Manqrov meşəliyi

İqlim dəyişikliyinin mənfi təsirlərini aradan qaldırmaqdan ötrü ölkələr bu təsirləri yumşaltmaqla yanaşı daha artıq adaptasiya sistemləri gerçəkləşdirməlidirlər. Bunu siyasət, biznes və elm sahələri üzrə 34 liderdən ibarət qrup bildirir.

Qlobal Adaptasiya Komissiyasının sentyabrın 10-da yaydığı hesabatda deyilir ki, gələn on il ərzində beş əsas sahəyə 1,8 trilyon dollar sərmayə qoymaqla 7,1 trilyon dollar iqtisadi qazanc əldə etmək olar.

Komissiyaya BMT-nin keçmiş baş katibi Ban Ki-moon, Microsoft-un qurucusu Bill Gates və Dünya Bankının rəhbəri Kristalina Georgieva rəhbərlik edir. Qurumun məqsədi sentyabrın 23-də Nyu Yorkda keçiriləcək BMT-nin İqlim Fəaliyyəti Sammitindən öncə “iqlimə adaptasiyanı qlobal gündəmə gətirməkdir”.

Hesabat ölkələri tufanlar, güclü qabarmalar, digər ifrat hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sistemlərinə investisiya qoymağa çağırır.

İnvestisiya gərəkən digər sahələr isə bunlardır: iqlimə davamlı infrastrukturun – yollar, binalar və körpülərin tikintisi; quraqlıq yerlərdə kənd təsərrüfatının inkişafı; manqrov meşələrinin bərpası və mühafizəsi; su təchizatının qorunması.

Ban deyib ki, dərhal tədbir görülməsə, “iqlim dəyişikliyi inkişaf etməkdə olan ölkələrdə 100 milyondan çox adamı yoxsulluq həddindən aşağıya yuvarladar”.

Hesabata görə, indiyədək karbon emissiyalarının azaldılması kimi “yumşaltma” tədbirlərinə daha çox diqqət ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG