Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:41

Azərbaycanın qrupda 5-ci sınağı


Foto illüstrasiya

Bugün, sentyabrın 9-da futbol üzrə Azərbaycan yığma komandası AVRO-2020-nin seçmə mərhələsində 5-ci oyununa çıxacaq. Rəqib isə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiya yığması olacaq. «Bakcell Arena»da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənməlidir.

E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir. Azərbaycan bundan əvvəl, sentyabrın 6-da səfərdə Uels yığmasına 2:1 hesabı ilə məğlub olmuşdu.

Qrupun ilk oyununda səfərdə Xorvatiyaya 2:1 hesabı ilə yenilən Azərbaycan yığma komandası daha sonra doğma meydanda Macarıstana 1:3, Slovakiya seçməsinə isə 1:5 hesabı ilə məğlub olmuşdu. Qrupa Macarıstan yığması liderlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG