Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 15:28

Azərbaycan Uels ilə qarşılaşacaq


Futbol

Bu gün, sentyabrın 6-da futbol üzrə Azərbaycan komandası Avro-2020-nin seçmə mərhələsində Uels yığması ilə üz-üzə gələcək.

Kardiff şəhər stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək. Azərbaycan yığması E qrupundakı ilk 3 görüşdə məğlub olub. Əvvəlcə səfərdə Xorvatiyaya 2:1 hesabı ilə yenilən komanda evdə Macarıstana 1:3 və Slovakiya seçməsinə isə 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana da 0:1 hesabı ilə yenilib. Hazırda Uels 3 xalla 4-cü yerdədir. Xal toplamayan Azərbaycan millisi isə sonuncu – beşinci yerdədir.

Qrupa 9 xalla Macarıstan yığması başçılıq edir. Hərəyə 6 xalla Slovakiya və Xorvatiya isə 2-ci və 3-cü yerləri bölüşdürürlər.

Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG