Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:45

Merkel Honq Konqda ‘hüquq və azadlıqlar’ çağırışı edir


Angela Merkel (soldan ikinci) və Li Keqiang (solda)

Almaniyanın Kansleri Angela Merkel sentyabrın 6-da Çin rəsmiləri ilə görüşdə Honq Konq sakinlərinin hüquqlarının qorunmasına çağırıb.

Etirazların tanınmış liderlərindən biri Çinə səfərindən öncə Merkel-ə müraciət etmişdi.

“Danışıqlar zamanı dedim ki, Honq Konqun Əsas Qanununda razılaşdırılmış hüquqlar və azadlıqlar qorunmalıdır”, – Merkel Çinin Baş naziri Li Keqiang ilə görüşdən sonra deyib.

O, zorakılıq deyil, siyasi həllə çağırıb.

Merkel sentyabrın 6-da Çin Prezidenti Xi Jinping-lə də görüşməlidir.

***

Honq Konqda həftəsonuna etirazlar planlaşdırılır

Honq Konqda həftəsonuna yenə etirazlar planlaşdırılır. Etirazçılar aeroporta gedən nəqliyyat yollarını bağlamaqla hədələyirlər.

Şəhər lideri Carrie Lam mübahisələri ekstradisiya qanun layihəsinin rəsmən geri çəkildiyini elan etsə də, fəallar etirazları dayandırana oxşamırlar.

Şənbə günü etirazçılar şəhərdəki beynəlxalq aeroportda gedən yolu bağlamağı planlaşdırırlar. Bir həftə öncə minlər nümayişçi nəqliyyatın işini əngəlləmişdi.

Cümə gün aeroport idarəsi etirazçıları “hər gün aeroportdan istifadə edən onminlərlə səyahətçinin səyahətini pozmamamağa” çağırıb.

İlkin olaraq ekstradisiya qanununa qarşı başlanan etirazlarda sonradan tələblər genişlənib, mərkəzi Çin hökumətindən daha böyük azadlıqlar istənilib.

Etirazçılar digər tələblərinin, özəlliklə nümayişlərdə polis "qəddarlığı"nın müstəqil istintaqını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG