Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:11

Kabildə partlayışda azı 10 nəfər həlak olub


Hadisə yeri

Sentyabrın 5-də Kabildə törədilmiş hücumda azı 10 nəfər həlak olub, onlarla adam yaralanıb.

Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

***

Kabildə səfirliklər, hökumət binaları, NATO-nun yerli qərargahı yerləşən əraziyə nəzarət məntəqəsində partlayış baş verib, azı 3 nəfər həlak olub, onlarla adam yaralanıb.

Bu, son günlər ikinci böyük partlayışdır. Bu arada ABŞ, Taliban və Əfqanıstan rəsmiləri ölkədəki münaqişəni bitirməyi hədəfləyən sülh razılaşmasının yekun mərhələsində olduqlarını bildirirlər.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi sentyabrın 5-də səhər saatlarında partlayıcılar olan miniavtobusun Şaş Darak rayonunda əsas magistralda partladıldığını deyib.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Sülh sazişinin “prinsipcə” razılaşdırıldığı bildirilsə də, onun son taleyi ABŞ Prezidenti Donald Trump və Taliban liderləri arasında razılıqdan asılıdır.

Digər tərəfdən, Əfqanıstan hökumətinin mövqeyini ortalığa qoyduğu bildirilir.

Taliban qruplaşmasının sentyabrın 2-də törətdiyi hücumda azı 16 nəfər öldürülüb, 100-dən çox adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG