Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:57

Moskvada yenə saxlananlar var


Moskvada 31 avqust yürüşü
Moskvada 31 avqust yürüşü

Sentyabrın 2-də Moskvada iki müxalifət fəalı üç gün öncə icazəsi yürüşdə iştirakına görə saxlanıb. Məlumatı fəallar sosial media postları vasitəsilə, onların həmkarları, yerli media yayıb.

Kremlin tənqidçisi Aleksei Navalny-nin Anti-Korrupsiya Fondunun hüquqşünası Lyubov Sobol Moskva ətrafında polis məntəqəsinə aparılıb. Sobol avqustun 31-də daha öncəki icazəsiz yürüşlər etirazçıların həbsini “hərc-mərclik” adlandırmş, buna görə şəhər hakimiyyətini suçlamışdı.

İki yaşlı körpə evdə tək qalıb

31 avqust etirazlarına icazə verilməsə də, minlərlə rusiyalı Moskva küçələrinə çıxıb. Təşkilatçılar yürüşün “siyasi repressiyaya qarşı” təşkil olunduğunu deyib, sentyabrın 8-də Dumaya azad seçki tələbi səsləndiriblər.

“Novaya Gazeta”nın jurnalisti Ilya Azar da saxlanıb. Sosial mediada yazmasına görə, polis onu aparmağa gələndə iki yaşı tamam olmamış övladıyla birlikdə olub.

“Polis məni ev paltarında və başmaqda maşına apardı. İki yaşı olmayan körpənin evdə tək qalması faktı onları narahat etmir”, – Azar yazıb.

Daha sonra həyat yoldaşı müsahibəsində deyib ki, o evə gələndə qapı açıq, uşaq evdə tək, ancaq salamat olub.

Navalny-nin daha bir həmkarı Nikolai Lyaskin də saxlanıb, sonradan buraxılıb. Onu yol polisi dayandırıb, sonradan digər polis əməkdaşları başqa bir maşından düşərək onu saxlayıblar, bu haqda özü sosial mediada yazıb.

Sobol “geri çəkilməyəcəyik” deyir

31 avqust yürüşü liberal fəallarla Moskva şəhər hakimiyyəti arasında son qarşıdurma idi.

Nümayişçilər “Rusiya azad olacaq!”, “Rədd olsun çar!” şüarları səsləndirib, Kremlin bir neçə kilometrliyində bulvarda addımlayıblar.

Sobol “Siyasi məhbuslara azadlıq” tələb edənlərə rəhbərlik edib.

Lyubov Sobol yürüşdə
Lyubov Sobol yürüşdə

“Müxtəlif yaşdan olanlar küçəyə çıxıblar, çünki hər kəs ədalət istəyir. Onlar Rusiyanın azad və xoşbəxt olmasını, qanunsuzluq və hərc-mərclikdə boğulmamaq istəyirlər. Biz bunu tələb edirik, geri çəkilməyəcəyik”, – o, jurnalistlərə deyib.

Yürüş zamanı nə polis, nə də müstəqil müşahidəçilər saxlananlar barədə məlumat yayıb. Öncəki etirazlarda isə minlərlə saxlanan olmuşdu.

Polis həmin gün Moskvada 750 nəfərin yürüşə çıxdığını açıqlayıb.

31 avqust aksiyasından öncə müxalifətin bir neçə lideri saxlanmışdı. Onların içində seçkiyə namizəd kimi qatılmağa çalışan Ilya Yashin də vardı. O, avqustun 28-də, dördüncü 10 günlük həbsini tamamladıqdan dərhal sonra saxlanıb. Müxalifətçi icazəsiz yürüşdə iştirakda suçlanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG