Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:50

Məhkəmə uşaqları valideynlərindən almadı


Moskvada 10 avqust etirazı
Moskvada 10 avqust etirazı

Moskvada məhkəmə üç övladını etiraz yürüşünə apardığına görə cütlüyü valideynlik hüququndan məhrum etməyib.

Nikulinski məhkəməsi sentyabrın 2-də prokurorluğun vəsatətinə mənfi cavab verib. Prokurorluq tələb edirdi ki, Pyotr Yelena Khomsky-lər üç qızlarını avqustda nümayişə apardıqları üçün valideynlik hüququndan məhrum edilsinlər.

Dövlət telekanalları 3 avqust yürüşünə qatılmış cütlüyü üç aylıq, 3 və 10 yaşlı qızları ilə birlikdə göstərmişdi. Qızlardan ikisi uşaq arabasında idi.

Pyotr Khomsky süjetlərdə “peşəkar təxribatçı”, Kremlin tənqidçisi Aleksei Navalny-nin “mühafizəçisi” kimi təqdim olunub.

Khomsky yürüşə bilərəkdən getdiyini, ancaq heç bir plakat qaldırmadığını, şüar səsləndirmədiyini söyləyib.

Dmitry Prokazov (sağda) həyat yoldaşı Olga ilə məhkəmədə
Dmitry Prokazov (sağda) həyat yoldaşı Olga ilə məhkəmədə

Bundan öncə oxşar addım sıravi moskvalıların və insan haqları təşkilatlarının sərt tənqidinə səbəb olmuşdu.

Avqustun 6-da Moskva şəhər prokurorluğu DmitryOlga Prokazovlar cütlüyünün valideynlik hüququndan məhrum edilməsi haqda vəsatət qaldırmışdı. Onlar 27 iyul aksiyasına bir yaşlı oğullarını aparmaqda, uşağı təhlükəyə atmaqda, valideynlik vəzifələrini pozmaqda suçlanırdılar.

Müstəntiqlərin deməsinə görə, Prokazovlar oğullarını 27 iyul yürüşünə aparıb orada fəal Sergei Fominə veriblər ki, o, həbsdən yayınmaqdan ötrü uşaq əlində polis kordonundan keçə bilsin.

Cütlük isə deyirdi ki, Fomin Olga Prokazova-nın xalası oğlu və uşağın xaç atasıdır, yürüş zamanı uşağın qeydinə qalıb.

“Kütləvi iğtişaşda” iştirakda suçlanan Fomin barəsində həbs qətimkan tədbiri seçilib.

Son həftələr Moskvada keçirilən yürüşlərdə minlərlə etirazçı saxlanıb. Onlarla etirazçı icazəsiz yürüşün təşkili və onda iştiraka görə cərimələnib, yaxud həbsə məhkum edilib.

Etirazlar müxalifət və müstəqil namizədlərin Moskvada Duma seçkisinə buraxılmamasına qarşı keçirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG