Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:01

ABŞ-da qasırğaya görə əhali köçürülür


Dorian Puerto Rikoya daxil olur, 28 avqust, 2019-cu il

Sentyabrın 1-də ABŞ-ın Corciya, Florida və Şimali Karolina ştatlarının qubernatorları 5-ci kateqoriyadan olan Dorian qasırğasına görə bəzi yerlərdə məcburi evakuasiya göstərişi veriblər. Sürəti saatda 295 km olan qasırğanın Atlantik Okeanı sahillərinə yaxınlaşdığı xəbər verilir.

Məcburi və könüllü evakuasiya bildirişləri milyonlarla adamı əhatə edəcək.

Şimali Karolinanın qubernatoru Henry McMaster ştatın bütün sahili boyunca evakuasiya elan edib.

Milli Qasırğa Mərkəzinin (NHC) bildirməsinə görə, qasırğa Floridanın şərq sahilinə sentyabrın 2-sə axşam çata bilər.

Qasırğa sentyabrın 1-də şimali Bahamada dağıntılar törədib, evlərin damlarını uçurub, maşınları çevirib, elektrik xətlərini dağıdıb. Yüzlərlə adam məktəblərə, kilsələrə sığınıb.

Bu, 1950-ci ildən bəri Atlantik okeanında ikinci güclü qasırğadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG