Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:44

Kiyevlə Moskva məhbus mübadiləsi üzrə danışıq aparır


Oleh Sentsov (sağda) məhkəmədə, 2014-cü il
Oleh Sentsov (sağda) məhkəmədə, 2014-cü il

Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin ofisindən verilən məlumata görə, Kiyevlə Moskva məhbus mübadiləsi üzrə danışıqlar aparır.

“Saxlanmış şəxslərin qarşılıqlı azad olunması prosesi davam edir. Onun bitməsiylə bağlı informasiya həqiqətə uyğun deyil. Artıq ilk dəfə deyil informasiya xaosuyla üzləşirik”, – Zelenskiy-nin ofisində bildiriblər.

SBU təhlükəsizlik xidmətində də danışıqların davam etdiyini bildiriblər. “Məhbus mübadiləsi üzrə mürəkkəb proses davam edir. Səbirli olun, ümid edirəm, çox çəkməyəcək”, – SBU-nun mətbuat katibi Elena Gitlyanskaya deyib.

Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Danilyuk deyib ki, məhbus dəyiş-düyüşünə “ümid edir”. “Bu baş verəndə şərh verəcəyik. Gəlin, faktı gözləyək”, – Danilyuk Kiyev aeroportuna yığışmış jurnalistlərə deyib.

Zhuliany aeroportu, 30 avqust, 2019-cu il
Zhuliany aeroportu, 30 avqust, 2019-cu il

Mübadilə çərçivəsində buraxılmalı olan dənizçilərdən birinin qohumu Kiyevə çatmamış geri qayıtdıqlarını deyib. “Biz emosiyalara təslim olub Kiyevə cumduq. Ukrayna ombudsmanın ofisindən bizə dedilər ki, rəsmi zəngi gözləyək”, – dənizçilərdən birinin atası “Krım.Realii” saytına deyib.

“İnterfaks” isə Moskvadakı mənbəyə istinadla xəbər verir ki, Rusiya və Ukrayna arasında mübadilə hələlik, başlamayıb.

***

Ukrayna Rusiyayla məhbus mübadiləsini təkzib edir

Ukrayna Rusiyayla məhbus mübadiləsi üzrə danışıqların hələ getdiyini bildirir. Bunu Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin sözçüsü avqustun 30-da Facebook-da yazıb.

***

Bundan öncə yayılmış məlumatlarada Ukrayna və Rusiya arasında məhbus mübadiləsinin baş verdiyi bildirilirdi. AzadlıqRadiosu-nun (RFE/RL) Krım bölməsi ukraynalı dənizçilərdən birinin qohumuna istinadla xəbər verirdi ki, onlar artıq buraxılıblar.

Məlumata görə, azad olunanlar sırasında ötən ilin noyabrında Qara dənizdə saxlanmış 24 dənizçi, kinorejissor Oleh Sentsov, 2017-ci ildə Belarusda oğurlanmış Pavel Grib, digərləri var.

“Krim.Realii”-nin müxbiri dənizçilərdən birinin qohumuna istinadla yazır ki, “dənizçilər artıq Ukraynadadırlar”.

“Bizə belə bir informasiya verdilər və dərhal Kiyevə yola düşdük”, – həmin şəxs deyib. Onun sözlərinə görə, “aeroportda görüş planlaşdırılmır”.

Hələlik, informasiya başqa mənbələrdən təsdiqlənməyib.

Əsir mübadiləsinin başlanması haqda avqustun 30-da gecə Facebook-da Ukrayna Ali Radasının əməkdaşı Anna İslamova yazıb. Onun yazdığını Ukraynanın yeni Baş prokuroru Ruslan Ryaboshapka da öz səhifəsində yerləşdririb.

Hələlik, nə Ukraynanın Baş prokurorluğundan, nə də Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin sözçüsündən açıqlama almaq mümkün olub.

Rusiyalılardan kimin azadlığa çıxdığı bəlli deyil. RİA Novosti Ukraynanın rəhbəri Kirill Vyshinsky onların sırasında ola bilər. Onu Kiyev məhkəməsi başqa yerə getməmək iltizamıyla azadlığa buraxmışdı.

Müxtəlif məlumatlara görə, Moskva və Kiyev 33-35 nəfəri dəyişməliydilər.

Sentsov Rusiyanın Ukraynanın Krım vilayətini qanunsuz ilhaq etməsinə qarşı çıxırdı. O, terrorçuluq ittihamıyla 20 illik həbsə məhkum edilib. Özü və tərəfdarları ittihamı rədd edir.

Kiyev bildirir ki, Rusiya öz ərazisində qanunsuz olaraq 150 ukraynalını saxlayır.

XS
SM
MD
LG