Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:42

Kiyev məhkəməsi rusiyalı jurnalist haqda qərar çıxardı


Kirill Vyshinsky məhkəmədə
Kirill Vyshinsky məhkəmədə

Hazırda Ukraynada dövlətə xəyanət ittihamıyla həbsdə olan rusiyalı jurnalist Kirill Vyshinsky başqa yerə getməməyə dair iltizamla azadlığa buraxıla bilər. Bu barədə Kiyev apellyasiya Məhkəməsi avqustun 28-də qərar çıxarıb.

Qərarda deyilir ki, jurnalist yaşayış yerini dəyişməsi barədə məlumat verməli, iş üzrə şahidlərlə istənilən təmasdan qaçmalıdır. Ondan elektron bilərzik taxması da tələb olunmayacaq.

Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinin Ukrayna ofisinin rəhbəri olan Vyshinsky 2018-ci ilin mayında həbs olunub, təqsiri sübuta yetirilsə 15 ilədək həbsə məhkum edilə bilər.

Kiyev RIA Novosti-nin Ukrayna bölümünü Rusiyanın Ukraynaya qarşı “hibrid informasiya müharibəsi”ndə iştirakda suçlayır.

Saxlanan vaxt ikili Rusiya-Ukrayna vətəndaşlığı olan Vyshinsky Rusiyadan maliyyə dəstəyi almaqda, bunu Ukraynada qeydiyyatdan keçmiş digər media şirkətləri vasitəsilə gerçəkləşdirməkdə ittiham olunub. İttihama görə, o, RIA Novosti Ukrayna ilə Rusiyanın digər media nəhəngi Russia Today arasında əlaqələri ört-basdır etmək istəyib.

Saxlanandan bir neçə həftə sonra Vyshinsky Ukrayna vətəndaşlığından imtina etdiyini açıqladı, həbsini “siyasi sifariş” adlandırdı. O, belə bir ehtimal səsləndirdi ki, həbsinin arxasında Rusiyada saxlanmış bir ukraynalıya dəyişdirilmək ehtimalı dura bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova “Govorit Moskva” radiostansiyasına deyib ki, Vyshinsky-nin buraxılması “jurnalist üçün ədalətin təmin olunması yolunda ilk addımdır”.

Rusiyanın Ombudsmanı Tatyana Moskalkova Moskvada jurnalistlərə bildirib ki, məhkəmənin qərarını “siyasi əsasları olmayan ədalətli qərar” sayır.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə 13 mindən çox adam öldürülüb.

Ukraynanın qərbyönlü hökuməti Rusiyanın media orqanlarına ehtiyatla yanaşır, Moskvanı bu ölkədə gərginlik və sabitsizlik yaratmaq məqsədilə dezinformasiya yaymaqda ittiham edib. Kiyev 2014-cü ildən Rusiyanın onlarla televiziya kanalını bağlayıb, onları propaqanda yaymaqda suçlayıb.

XS
SM
MD
LG