Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:02

'Ölkə əhalisinin 8 faizi dindardır'


Namaz

«Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Qurban bayramı və Ramazan ayında məscidlərə gələnlərin statistikasını müəyyən etmək istiqamətində iş aparır. Bizim statistikamıza görə, sonuncu Qurban bayramının (12 avqust) namazında iştirak edən dindarların sayı 145-170 min arasındadır».

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİK) sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, respublikada dindarların faizini hesablamaq üçün bir neçə üsuldan istifadə edilir: ««Din sosiologiyası» adlı elm var. Həmin elmin bu statistikanın aparılması yanaşmasından istifadə edərək respublikadakı dindarların faizini müəyyən edirik. Bu zaman həmin bayram namazına gələnlərin sayını 5-ə vururuq. Aldığımız rəqəmə görə, ölkə əhalisinin 8 faizi dindardır. Bu isə təbii ki, təxmini rəqəmdir».

Azərbaycan əhalisinin sayının 10 milyondan çox olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG