Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:32

Toplanan və ödənən sığorta azalıb


'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]

2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri 422.9 mln. manat sığorta haqları toplayıb. Onlar, eyni zamanda, 154.6 mln. manat sığorta ödənişləri həyata keçiriblər.

Bu barədə bu gün, avqustun 29-da Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) yaydığı məlumatda yazılıb.

Qurum ötən ilin eyni dövründə isə açıqlamışdı ki, 459.9 mln. manat sığorta haqları toplanıb, 145.9 mln. manat sığorta ödənişi isə həyata keçirilib.

Palata son açıqlamasında qeyd edib ki, könüllü sığorta bazarı üzrə haqlar 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib: «İcbari sığorta bazarı üzrə haqlar 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub».

Avtomobil sığortası artıb, tibbi sığorta azalıb

Palata habelə bildirib ki, avtonəqliyyat vasitələrinin sığortası üzrə 29 (4.4 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6 faizlik (3.1 mln. manat) artım müşahidə olunub: «Bundan əlavə, daşınmaz əmlakın icbari sığortası üzrə 24 faiz (4.1 mln. manat) artım olub».

Palata onu da bildirib ki, keçən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat artım, tibbi sığortada isə 5.2 mln. manat azalma baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG