Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 11:00

Sentsov Moskvada təcridxanaya köçürülüb


Oleh Sentsov (solda) və Kirill Vyshinsky

Ukraynalı kinorejissor Oleh Sentsov Rusiyanın ucqar Arktik regionundakı həbsxanadan Moskvada təcridxanaya köçürülüb. Bu haqda Rusiyanın iki agentliyi xəbər yayıb.

TASS və Interfax avqustun 29-da yazıb ki, Sentsov Butırskaya kimi tanınan 2 saylı təcridxanaya köçürülüb. O, Yamal-Nenets Muxtar Vilayətində həbsxanada saxlanırdı.

Bir gün öncə Ukrayna məhkəməsi rusiyalı jurnalist Kirill Vyshinsky-ni başqa yerə getməməklə bağlı iltizamla azadlığa buraxıb.

Son həftələr Kiyevlə Moskvanın onlarla məhbusu dəyiş-düyüş edəcəyi haqda məlumatlar yayılır.

2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsinə açıq şəkildə qarşı çıxan Sentsov terrorçuluq ittihamları ilə 20 illik həbsə məhkum edilib. Özü və tərəfdarları ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG