Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

İsmayıllıda toyda 33 nəfər zəhərlənib


Şadlıq sarayı. Foto arxiv

Zəhərlənmə ilə bağlı daha bir cinayət işi açılıb

Dünən, avqustun 27-də İsmayıllı rayonunda toyların birində iştirakdan sonra zəhərlənmə şübhəsi ilə xəstəxanaya kütləvi müraciətə görə cinayət işi açılıb. Bu barədə avqustun 28-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA)Baş Prokurorluq birgə açıqlama yayıblar.

Məlumata görə, avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbəsində toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisəsinə müraciət ediblər.

Məlumatda vurğulanıb ki, hadisə yerinə baxış keçirilib, nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Bu məsələ ilə də bağlı Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya onların keyfiyyətsiz olmasının gizlədilməsi - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlandığı qeyd edilir.

+++

Dünən, avqustun 27-də İsmayıllı rayonunda toylardan birində kütləvi zəhərlənmə olduğu bildirilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ümumilikdə zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına 33 nəfər yerləşdirilib. Onlardan 29 nəfərin evə buraxıldığı qeyd edilir: «Avqustun 28-i səhər saatlarına verilən məlumata görə, xəstəxanada 2-si uşaq olmaqla, 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənir».

Məsələ ilə bağlı araşdırma davam edir.

Bu günlər Şəki və Ağdaş rayonlarında da toyda kütləvi zəhərlənmənin baş verdiyi bildirilirdi.

Şəkidə qida zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Avqustun 25-də Şəki şəhərində toylardan birində iştirak edən şəxslərin kütləvi şəkildə xəstəxanaya müraciət etmələri ilə bağlı cinayət işi açılıb.

Bu barədə bu gün, avqustun 28-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, toydakı qonaqlardan 57 nəfəri (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib: «...Dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib».

Polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya onların keyfiyyətsiz olmasının gizlədilməsi - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

«İlkin araşdırmalarla müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına müraciət ediblər və ilkin tibbi yardım göstərilməklə evə buraxılıblar», - birgə açıqlamada yazılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG