Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Rusiya viza ala bilməyən ABŞ senatorlarının ‘qara siyahıda’ olduqlarını deyir


Maria Zakharova
Maria Zakharova

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, onlara viza verilməsindən imtina oldunduğunu iddia edən ABŞ senatorları Chris Murphy və Ron Johnson Rusiyaya səfərləri qadağan olunmuş şəxslərin siyahısında olduqlarını “yaxşı bilirdilər”.

Nazirliyin sözçüsü Maria Zakharova avqustun 28-də jurnalistlərə deyib ki, bu siyahı “ABŞ-ın Rusiya Federasiya Şurasının əhəmiyyətli sayda üzlərinə qoyduğu əsassız məhdudiyyətlərə” cavab addımı kimi tərtib edilib.

Bundan əvvəl Kremlin kəskin tənqidçiləri olan ABŞ senatorları Chris Murphy və Ron Johnson onlara Rusiya vizası verilməsindən imtina edildiyini demişdilər.

***

Rusiya daha bir senatora viza verməyib

Moskvanı tənqid etmiş daha bir ABŞ senatoru Rusiyaya viza ala bilməyib. Demokrat partiyasından Senator Chris Murphy Konqresin nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edəcəkdi.

O, avqustun 27-də vebsaytında yazıb ki, Rusiya hökuməti ona viza verməkdən imtina edib və “Rusiyanın dialoqda maraqlı olmaması riyakarlıqdır”.

Senator Chris Murphy
Senator Chris Murphy

Bir gün öncə Respublikaçı Senator Ron Johnson ona viza verilmədiyini açıqlamışdı.

“Mən Kremlin sərt tənqidçisi olmaqla yanaşı inanıram ki, özəlliklə gərginlik dönəmində dialoqu saxlamaq vacibdir”, – Murphy deyib.

“Kövrək münasibətlər üçün potensial təhlükəli məqam”

“Təəssüf ki, Rusiya hökuməti son vaxtlar bizim və digərlərinin səfərini önləməklə ölkəni daha da təcrid edir. Silahlara nəzarət sazişlərinin iflası, Vladimir Putinin avtoritar idarəçiliyinə ölkədə müqavimətin artması fonunda bu, ölkələrimizin kövrək münasibəti üçün potensial təhlükəli məqamdır və Rusiyanın dialoqda maraqlı olmaması riyakarlıqdır”, – Murphy vurğulayıb.

Ron Johnson
Ron Johnson

Rusiyanın Xarici İşlər Nazirliyi Johnson-un ABŞ-ın sanksiyalarına cavab olaraq hazırlanmış qara siyahıda olduğunu bildirib.

Senat əməkdaşının CNN-ə bildirməsinə görə, gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Kosovo, Serbiya və Ukraynaya da baş çəkiləcək.

Rusiyanın səfirliyi Twitter-də yerləşdirdiyi bəyanatda vurğulayıb ki, Johnson-un “Rusiyaya qarşı əsassız ittihamları onun dialoqa deyil, qarşıdurmaya hazır olmasına şübhə yeri qoymur”.

Hələlik, Murphy-nin dediklərinə münasibət açıqlanmayıb.

Johnson daha öncə demişdi ki, Rusiya Prezident Vladimir Putin-in hakimiyyəti altında “qaranlıq dönəm”ə girib. Senator ona viza verilmədiyini açıqlayanda da Putini tənqid edib.

Johnson və Murphy Rusiyanın “Şimal axını-2” layihəsinə sanksiyalar nəzərdə tutan qanunvericiliyi hazırlayan konqresmenlər sırasında olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG