Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Rusiya ABŞ senatoruna viza vermir


Ronald Johnson (solda) Ukraynada, arxiv fotosu

Rusiya ABŞ-ın Viskonsin ştatından Senator Ron Johnson-a səyahət vizası verməyib. Senatorun ofisinin avqustun 26-da yaydığı açıqlamaya görə, o, Rusiyaya Konqresin nümayəndə heyətinin tərkibində getməliydi.

Johnson Senatın Xarici əlaqələr komitəsinin Avropa və regional təhlükəsizlik əməkdaşlığı alt-komitəsinin sədridir. O, Rusiyanın hökumət rəsmiləri, Amerika şirkətləri, vətəndaş cəmiyyəti qurumları ilə görüşməyi planlaşdırırdı.
Açıqlamada səfərin nə vaxta planlaşdırıldığı, nümayəndə heyətinin digər üzvlərinin müraciətlərinə necə cavab verildiyi bildirilmir.

Johnson əvvəllər Rusiya haqda deyirdi ki, ölkə Prezident Vladimir Putinin rəhbərliyi altında “qaranlıq dönəm”ə girib.

“Azad və ədalətli seçki keçirmək, hüququn aliliyinə hörmətlə yanaşmaq, Rusiya iqtisadiyyatını Qərb demokratiyalarına inteqrasiya etmək əvəzinə Putin Gürcüstanı işğal edib, Krımı qanunsuz ilhaq etməyə cəhd göstərib, Ukraynanın şərqində minlərlə adamın ölümünə səbəb olmuş müharibə aparıb”, – Johnson ona viza verilmədiyini açıqlayarkən söyləyib.

Moskva Ukraynanın şərqindəki müharibədə əli olmadığını deyir. 2014-cü ilin aprelindən bu münaqişədə 13 mindən çox adam ölüb.

Johnson “Rusiyanın Ukraynaya təcavüzü və dissidentləri hədəfə alması üçün məsuliyyətə cəlb etməkdən ötrü” bir neçə qanunvericilik aktını da dəstəkləyib. O, Rusiyanın "Şimal axını 2" layihəsinə sanksiyalara tərəfdar çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG