Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:15

'Boeing'lə müqavilə dəyişdirilir


Boeing 737 MAX

«Boeing 737 MAX» təyyarələrinin «Azərbaycan Hava Yolları» (AZAL) Qapalı Səhmdar Cəmiyyətininaviaşirkətinə çatdırılması ilə bağlı müqaviləyə dəyişikliklər edilir.

«Turan» agentliyinin məlumatına görə, bu barədə AZAL-ın mətbuat xidmətindən bildiriblər. Qurumdan verilən məlumata görə, təyyarələrin əldə olunmasının ən azı 5 il sonraya (2024-cü ildən başlayaraq) keçirilməsi planlaşdırılır: «Sözügedən tarixədək «Boeing 737 MAX»ın texniki imkanları və təhlükəsizlik məsələsi aydinlaşacaq».

Bu açıqlamaya, hələlik, «Boeing» korporasiyasından münasibət almaq mümkün olmayıb.

2017-ci ilin aprelində Azərbaycanın «Silk Way Airlines» şirkəti və «Boeing» korporasiyası 10 ədəd «Boeing 737 MAX-8» təyyarəsinin alışı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri təxminən 1 milyard dollara bərabər olub. Təchizat 3 il ərzində edilməli idi. Amma bu ilin iyununda AZAL-ın bu təyyarələrin təhlükəsizliyi ilə bağlı ortaya çıxan suallar üzündən sövdələşməni ləğv etdiyi bildirildi. Daha sonra isə şirkət «Boeing» Korporasiyası ilə müqavilə üzrə danışıqların davam etdirilməsi barədə məlumat yaymışdı.

Xatırlatma

2018-ci il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Birinci halda «Lion Air» aviaşirkətinə məxsus «Boeing 737 MAX-8» uçuşdan 13 dəqiqə sonra İndoneziyada dənizə düşüb. Qəzada 189 nəfərin öldüyü bildirilir. Sonra isə «Ethiopian Airlines» şirkətinə məxsus «Boeing 737 MAX-8» təyyarəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbəki «Bole» hava limanından Keniyanın paytaxtı Nayrobiyə uçmaq istərkən havaya qalxdıqdan altı dəqiqə sonra qəzaya uğrayıb. 149 sərnişin və 8 ekipaj üzvünün öldüyü açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG