Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:03

Bəzi yerlərdə yağıntı gözlənir


Yağış

Avqustun 28-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da avqustun 28-də bir elə yağıntı gözlənmir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG