Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:08

Gəncədə taxta bazarında yanğın olub


Yanğın

Avqustun 26-dən 27-nə keçən gecə Gəncə şəhərinin Kəpəz rayonundakı taxta bazarında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yanğının baş verdiyi «Daşqın» inşaat materialları bazarının ümumu ərazisi 2 hektar olub. «Ümumi sahəsi 1400 kvadratmetr olan talvarın yanar konstruksiyaları, altına yığılmış 15 taxtakəsən dəzgah və 100 kvadratmetr sahədə avtomobil ehtiyat hissələri yanıb», - məlumatda yazılıb.

Nazirlik yanğının söndürüldüyünü bildirir. Amma hadisənin nədən baş verdiyi, hələlik, açıqlanmır.

Ötən həftə, avqustun 22-də Bakıdakı taxta bazarında da yanğın olmuşdu. Bu yanğın 1500 kvadratmetrdən artıq sahəni əhatə etmişdi. Həmin yanğının zamanı 3 nəfər tüstüdən zəhərlənmişdi. Bakıdakı yanğınla bağlı araşdırma davam edir.

XS
SM
MD
LG