Keçid linkləri

Təcili xəbərlər
2023, 09 İyun, Cümə, Bakı vaxtı 04:24

E-siqaretdən ilk ölüm halı?


E-siqaret çəkən

Elektron siqaretlə əlaqələndirilən naməlum ağciyər xəstəliyindən ilk şəxs dünyasını dəyişib. İyunun 28-dən bəri oxşar simptomlarla 193 nəfər xəstəxanaya yerləşdirilib. Məlumatı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi (CDC) yayıb.

Ötən həftə İllinoys ştatında ağciyər simptomları ilə xəstəxanaya yerləşdiriən e-siqaret istifadəçilərinin sayı iki dəfə artıb. Hal-hazırda 22 nəfər xəstəxanaya yerləşdirilib, daha 12 nəfərin işi nəzərdən keçirilir.

Ancaq əlamətlərin yalnız bir xəstəliklə bağlı olub-olmaması aydın deyil. İllinoysda xəstəxanalıq olanlar nisbətən gənc – 17-38 yaşlılardır. CDC bildirir ki, əlamətlər təngnəfəslik, çətinliklə nəfəs almaqdır. Bəzi pasiyenlər sinədə ağrıdan şikayətlənirlər. Digərlərində qusma, ishal, yorğunluq qeydə alınıb.

CDC rəsmiləri xəstəlik səbəbinin bəlli olmadığını, bunun kökündə çox güman, hansısa virus, yaxud bakteriyanın durmadığını söyləyib. Adamların xəstələnməsinə hansısa konkret məhsulun da səbəb olmadığı bildirilir.

CDC həkimləri elektron siqaretlə əlaqələndirilə biləcək bütün izaholunmayan ağciyər xəstəlikləri haqda məlumat verməyə çağırıb. CDC, ABŞ-ın Ərzaq və Dərman Administrasiyası, səhiyyə rəsmiləri hazırda bu xəstəliyi tədqiq etməkdədir.

«Adamların yaşadığı xəstəliyin sərtliyi həyəcan doğurur və biz e-siqaretlərin təhlükəli olduğunu deməliyik», – İllinoys Səhiyyə Departamentinin direktoru Ngozi Ezike bəyanatında vurğulayıb.

XS
SM
MD
LG