Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 23:41

Avropada 209 milyon nəfər siqaret çəkir


Siqaret
Siqaret

Tütündən istifadə ən vacib ictimai səhiyyə məsələsi olaraq qalmaqdadır. Bu, özünü özəlliklə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda göstərir. Dünyada ən çox siqaret çəkənlər burdadır – 209 milyon nəfər.

ÜST-nin Avropa bölümü 31 may – Ümumdünya tütünlə mübarizə günündə “Avropada tütündən istifadə 2019” hesabatını açıqlayıb.Hesabatda tütündən istifadənin yayılması, sağlamlığa təsiri, səhiyyə sistemlərinin tədbirləri təhlil olunur.

Osloda sakinlər parkda siqaret kötüklərini yığırlar
Osloda sakinlər parkda siqaret kötüklərini yığırlar

Hesabatda qeyd olunur ki, Avropa regionunda nəfəs yolu, bronxlar, ağ ciyər xərçəngindən hər 10 ölümdən 9-u tütündən istifadə ilə bağlıdır. Başqa sözlə, ağ ciyər xərçənglərinin 80 faizi tütündən istifadənin ləğvi yoluyla aradan qaldırıla bilər.

2018-ci ildə Avropa regionunda qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının 18 faizinə tütündən istifadə səbəb olub. Yəni siqaretin ləğvi ilə belə ölümlərin demək olar birini önləmək olardı.

Ötən il xərçəngdən ölümlərin 27%-i tütünlə əlaqədar olub.

Hesabatda hazırda Avropa regionundakı qadınların 21%-nin (74 milyon) siqaret çəkdiyi bildirilir və bu, dünya üzrə ən yüksək göstərici sayılır.

Böyüklər və uşaqlar arasında tütündən istifadə yüksək həddə olsa da, azalma tendensiyası müşahidə olunur.

Avropada yaşı 15-dən yuxarı əhalinin 29 faizə yaxını tütün məhsullarından istifadə edir.

XS
SM
MD
LG