Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

XİN-dən Abxaziya bəyanatı


XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilən prezident seçkisinə münasibət bildirib.

XİN məsələ ilə bağlı bu gün, avqustun 26-da bəyanat yayıb.

Bəyanatda oxuyuruq: «Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və … Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma «prezident seçkiləri»ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir».

Xatırlatma

Abxaziya Gürcüstanın şimal-qərbində yerləşən bölgədir. 1992-ci ildən etibarən baş verən münaqişə nəticəsində Gürcüstanın nəzarətindən çıxıb. Abxaziyanı Rusiya və ona müttəfiq olan bir neçə ölkəni çıxmaqla, Azərbaycan da daxil, bütün başqa dövlətlər Gürcüstanın əyaləti kimi tanıyırlar. Abxaziyanın və Cənubu Osetiyanın ərazilərinə Gürcüstan nəzarət edə bilmir. Gürcüstan hökuməti, ABŞ və Avropa Birliyi onu Rusiyanın işğal etdiyi ərazi kimi qiymətləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG