Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:58

Honq Konqda etirazlarda 36 nəfər saxlanıb


Honq Konqda etirazlar

Honq Konqda hökumətə qarşı etirazlar zorakı xarakter alıb, polis ilk dəfə olaraq su şırnağından istifadə edib, azı bir təhlükəsizlik əməkdaşı isə toqquşmalar zamanı havaya xəbərdarlıq atəşi açıb.

Avqustun 25-də Tsuen Van rayonunda 36 etirazçı saxlanıb. Bu rayonda etirazlar toqquşmalara keçib.

Saxlananlar içində 12 yaşlı oğlan var. Saxlananlar qanunsuz toplaşma, silah saxlama, güc əməkdaşlarına müqavimətdə ittiham olunur.

Bir qrup radikal etirazçı isə polis əməkdaşlarına hücum edib.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

Honq Konqda etirazlar artıq 12-ci həftəyə keçib. Etirazçılar əvvəlcə şübhəlilərin Çinə ekstradisiya qanununa qarşı çıxırdılar. O vaxtdan 830 nəfər həbs olunub.

Şəhərin başçısı Carrie Lam qanunvericiliyin təxirə salındığını bildirsə də, layihə rəsmən ləğv olunmayıb. Lam istefaya getməkdən də imtina edir.

Etirazçıların tələbləri də genişlənib. Onlar artıq seçki islahatları tələb etməyə başlayıblar.

Etirazlar getdikcə zorakılaşır. Etirazçılarla polis toqquşur, avqustun əvvəlində Honq Konq aeroportunun işi iki gün ərzində pozulub.

Etirazçılar onlara qarşı maskalı şəxslərdən istifadə olunduğunu iddia edirlər. Ötən həftə dəmiryol stansiyasında yürüşdən sonra belə bir hücuma məruz qalıblar.

Çin hökuməti etirazçıları sərt tənqid edib, onların davranışını “terrorçuluğa yaxın” adlandırıb.

Çinin dövlət mediası isə etirazlara mənfi don geyindirir, onları Amerikanın inqilab yaratmaq istəyən “qara əlləri”nin nəticəsi adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG