Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Fransa prezidenti Tehranla danışıqlara başlayacağını dedi


Emmanuel Macron
Emmanuel Macron

Fransa prezidenti İranla nüvə proqramı ilə bağlı gərginliyi azaltmaq üçün gələn həftədən Tehranla danışıqları davam etdirəcəyi sözünü verdi. O bunu Böyük Yeddiliyin (G7-nin) 3 günlük zirvə görüşü çərçivəsində avqustun 25-də deyib. ​Emmanuel Macron bildirib:

G-7 sammiti
G-7 sammiti

"Dünən İranla bağlı müzakirələrimizdə iki ortaq anlayış ortaya çıxıb: Birincisi, G7-də olan heç kim İranın nüvə bombası əldə etməsini istəmir. İkincisi, G7-nin bütün üzvləri üçün regionda sabitlik və sülh çox önəmlidir”.

Fransanın diplomatik mənbələri bildirmişdi ki, G7 liderləri gərginliyi azaltmaq məqsədi ilə Macrona “İranla danışmaq və mesaj göndərməkr” səlahiyyətini verib.
Macron özü isə bunu inkar etmişdi və bildirmişdi ki, G7-nin elə bir səlahiyyət vermə ixtiyarı yoxdur.

Macrona G7 liderləri adından Tehranla danışmaq icazəsi verilib-verilməməsi məsələsini ABŞ prezidentindən soruşduqda isə O “mən bu haqda müzakirələr etməmişəm” deyə cavablayıb.

Böyük Yeddilərin zirvə görüşündən bir gün əvvəl İranın xarici işlər naziri Mohammad Javad Zarif Fransa prezidenti Emmanuel Macronla görüşmüşdü. O, Macronla söhbətini məhsuldar adlandırmışdı.

Macron son vaxtlarda İranla nüvə sazişinin xilası üçün özünün diplomatik müşaviri Emmanuel Bonne-u iki dəfə Tehrana danışıqlar üçün göndərib.

Xatırlatma

ABŞ 2018-cilin mayında nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehran üzərinə iqtisadi və maliyyə sanksiyalarını bərpa edib.

Bu arada, avqustun 22-də İran öz istehsalı olan uzaqmənzilli raketin təqdimatını keçirib.

İran prezidenti Hassan Rohani səyyar hava-yer tipli raketin təqdimat mərasimində deyib ki, “İranın düşmənləri məntiqi qəbul etmirlər və biz də məntiqlə cavab verə bilmirik”.

Emmanuel Macron bu həftə İran sazişinin xilası naminə bəzi sanksiyaların yumşaldılmasını təklif etmişdi.

O bildirmişdi ki, bu tədbir sadə iranlıalrın yaşayışını bir qədər asanlaşdıra bilrədi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG