Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

İranda satirik yazara 23 il cəza kəsildi


Kioomars Marzban
Kioomars Marzban

İranda satirik yazar 23 il 10 ay azadlıqdan məhrum edilib. Kioomars Marzban ABŞ ilə əməkdaşlıqda suçlanır. Həmçinin o müqəddəsləri və məmurları təhqir etmə, sistem əleyhinə təbliğatda da ittiham olunur.

Vəkili Mohammad Hossein Aghasi avqustun 24-də AzadlıqRadiosuna deyib ki, Kioomars Marzbanın satirik materiallar yazıb yayımlamaqdan başqa heç bir iş görməyib.

Kioomars Marzbanın 28 yaşı var. O, 2009-cu ildə İranı tərk edib. Lakin səkkiz il sonra ağır xəstə olan nənəsini görmək üçün İrana qayıdıb və həbs olunub.

İran rəsmiləri inkar etsələr də, bu ölkə insan haqlarının ən çox və kobud şəkildə pozulmasına görə tez-tez beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur.

XS
SM
MD
LG