Honq Konqda polis aksiyaları yatırmaq üçün göz yaşardıcı qazdan sitifadə edib. Hökümət əlyhinə aksiyalar avqustun 24-də də keçirilib.
Honq Konqda polis bir neçə aydır keçirilən etirazları dağıtmaq üçün güc tətbiq edir. Reuters agentliyi yazır ki, ümumilikdə azı 10 gün polis göz yaşardıcı qazdan istifadə edib.
Honq Konq sakinləri şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Layihə ertələnsə də etirazçılar onun ləğvini, mövcud qanunverici orqanın buraxılmasını, Çin ərazisində iddia olunan polis qəddarlığının araşdırılmasını tələb edirlər.
Etirazçılar ehtiyat edirlər, ekstradisiya qanunu qəbul olunsa, Honk Konqlular da Çində geniş yayılan işgəncə, təzyiq altda ifadə vermək və müdafiəsiz qalmaq halları ilə üzləşəcəklər.
Pekin ittihamları rədd edir. Honq Konq hakimiyyəti isə təkid edir ki, məqsəd cinayətkarlığın qarşısını almaqdır.
Müşahidəçilər hazırda Honq Konqda keçirilən aksiyaların, 1997-ci ildən bu yana ən geniş kütləvi etirazlar olduğunu deyirlər.
Honq Konq 19-cu əsrdə Britaniya tərəfindən işğal olunub. Uzun müddət Britanya müstəmləkəsi olub, amma 1997-ci ildə yenidən Çinə qaytarılıb. Bir şərtlə ki, kommunistlərin idarə etdiyi Çindən fərqli olaraq, Honk Konqda demokratik idarəçilik qorunub saxlanacaq.