Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 21:47

40 dərəcə isti gözlənir


Günəş

Avqustun 24-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə proqnozlaşdırılır.

Avqustun 24-də Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənmir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 18-23, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 24-25-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənir, bu da meteohəssas insanlara əlverişsiz sayılır.

Son günlər Bakı və Abşeronda meteohəssas insanlardan ötrü oxşar hava proqnozları açıqlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG