Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:55

AXCP: 'Şəki təşkilatının sədri saxlanıb'


AXCP

Şəki cəbhəçilərinin sədrinə 15 sutka verildiyi bildirilir

Bu gün, avqustun 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon şöbəsinin sədri Mübariz Abdulkərimovun hakim qarşısına çıxarıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Partiyadan verilən məlumata görə, Şəki Rayon Məhkəməsində keçirilən prosesdə M.Abdulkərimov təqsirli bilinərək 15 sutka inzibati həbs cəzası alıb: «Məhkəmə qərarına görə, M.Abdulkərimov İnzibati Xətalar Məcəlləsinin 535-1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb».

Partiyadan bu ittihamı və verilən cəzanı əsassız sayaraq şöbə rəhbərinin siyasi fəaliyyətinə görə inzibati cəza aldığını bildiriblər.

Amma bu məlumata, hələlik, Şəki Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib.

+++

Avqustun 22-dən 23-nə keçən gecə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon şöbəsinin sədri Mübariz Abdulkərimovun yolda gedərkən saxlanaraq polisə aparıldığı bildirilir

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.

Partiyadan bildirildiyinə görə, onun bu gün, avqustun 23-də məhkəmə qarşına çıxarılacağı gözlənir.

Amma bu məlumatı, hələlik, Şəki Rayon (şəhər) Polis Şöbəsindən dəqiqləşdirmək mümkün olmayıb.

AXCP-dən bildirildiyinə görə, bu həftə bir neçə fəalları müxtəlif ittihamla saxlanaraq inzibati qaydada cəzalandırılıblar.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, bu il müxtəlif vaxtlarda partiyanın ümumilikdə 80-ə yaxın fəalı inzibati qaydada cəzalandırılıb. Onlardan 60-a yaxınının 10-60 sutka inzibati həbsə məhkum edildiyi bildirilir. Partiyadan bildirildiyinə görə, onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib. AXCP onların hamısının siyasi mövqelərinə görə şərləndiyini iddia edib.

Amma bu açıqlanan rəqəmləri də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, Azərbaycanın rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, ölkədə heç kim siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG