Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:50

80 nəfər internet dələduzluğunda ittiham olunur


İllüstrativ foto

ABŞ rəsmiləri əsasən Nigeriyadan olmaqla 80 nəfərə qarşı internet dələduzluğu və çirkli pulyuma əməliyyatı ittihamları irəli sürüb. Şübhəlilər qurbanlara milyonlarla dollar ziyan vurmaqda ittiham olunur.

Əsasən Los Ancelesdə 17 nəfər həbs olunduqdan sonra prokurorlar avqustun 22-də ittihamnamələri açıqlayıblar.

ABŞ Ədliyyə Departamenti digər təqsirləndirilənlərin Nigeriyadan olduğunu bildirir.

Rəsmi məlumata görə, şübhəlilər tənha şəxsləri, yaşlıları, kiçik və iri şirkətləri hədəfə alıb, onları internetlə pul göndərməyə inandırıb.

“Qurbanlardan bəziləri fırıldaq mexanizmləri nəticəsində yüzminlərlə dollar itiriblər”, – Ədliyyə Departamenti bildirib.

Dələduzluğun azı 46 milyon dollar başa gəldiyi vurğulanır.

Məsələn, ittihamnamədə bir yaponiyalı qadınla Suriyada xidmət çəkdiyi iddia olunan ABŞ ordu kapitanı arasında 10 aylıq onlayn münasibətdən söz açılır. Qadın kapitanın Suriyadan almaz çıxarmasına kömək etməkdən ötrü qohumlarından 200 min dollar borc götürüb. Əslində isə ortalıqda nə almaz, nə kapitan olub. Bu, Los Anceles və Nigeriyadan idarə olunan beynəlxalq kiberoğru şəbəkəsinin planının bir hissəsi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG