Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:40

İran raketdən müdafiə sistemini təqdim edir


Bavar 373 sistemi
Bavar 373 sistemi

İran özünün hazırladığı yeni, uzaqmənzilli raket sistemini təqdim edib. Tehran Birləşmiş Ştatlarla gərginliyin artdığı bir dönəmdə nümayişkar mövqeyini saxlamaqdadır.

Prezident Hassan Rohani avqustun 22-də mobil hava-yer tipli raket sistemini təqdim edərkən deyib ki, İranın “düşmənləri məntiqi qəbul etmədiyindən biz də məntiqlə cavab verə bilmərik”.

“Düşmən bizə qarşı raket buraxırsa, biz nitq söyləyib deyə bilmərik ki, ‘Cənab raket, xahiş edirik, ölkəmizi, günahsız adamlarımızı vurma. Raketi buraxan ser, zəhmət olmasa, düyməni basıb raketi havada partlada bilərsənmi’”, – Rohani Tehranda etdiyi çıxışında vurğulayıb.

Rohani-nin çıxışı və raket sistemi Tehranla Vaşinqton arasında söz savaşında hələlik, sonuncu atəşdir.

Hassan Rohani
Hassan Rohani

Vaşinqton ötən il nüvə sazişindən çıxaraq İrana sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalar qüvvəyə minəndən İranın neft hasilatı günə 300 min barrelə, ondan da aşağıya düşüb.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, İran iqtisadiyyatı bu il 6 faiz azalacaq.

Ölkədə işsizlik 12 faiz civarındadır.

S-300-ə rəqib

Son vaxtlar Beynəlxalq gəmilərə bir sıra hücumlara görə Birləşmiş Ştatlar İranı ittiham edib, İran isə ittihamları rədd edir.

Bavar-373 sistemi İranın Milli Müdafiə Sənayesi Günündə təqdim olunub. Hərbi təhlilçilər onu Rusiyanın S-300 raket sisteminə rəqib görürlər.

Müdafiə naziri Amir Hatami dövlət televiziyasına deyib ki, raketdən müdafiə sistemi hədəfi 300 km-dən artıq məsafədə aşkarlaya, 200 km məsafədə vura bilər.

İyunda İran Fars körfəzində ABŞ-ın hərbi kəşfiyyat dronunu yer-hava tipli raketlə vurmuşdu. O, dronun öz ərazisi üzərində, Birləşmiş Ştatlar isə beynəlxalq hava məkanında olduğunu deyirdi.

Ritorika və ədavətin artmasına baxmayaraq, Tehran Vaşinqtonla qarşıdurma istəmədiyini, ABŞ-ın ona qarşı hərəkətlərinin qorxutmaya bərabər olduğunu deyir.

“Körfəzdə müharibə olacaqmı? Sizə deyə bilərəm ki, biz müharibəni başlatmayacağıq… ancaq özümüzü müdafiə edəcəyik”, – İranın Xarici işlər naziri Javad Zarif avqustun 22-də Norveç Beynəlxalq Məsələlər İnstitutunda deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG