Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:41

Bəzi yerlərdə 42 dərəcə isti gözlənir


Günəş

Avqustun 23-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı, şimal küləyinin əsəcəyi, onun gündüz cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 35-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da yağıntı gözlənmir. Gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Avqustun 23-də Bakı və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava fonunda isti temperatur diskomfortu gözlənilir, bu da meteohəssas insanlar üçün əlverişsiz sayılır.

Milli Hidrometeorologiya Departamentinin avqustun 21-də yaydığı məlumatda bu gün, avqustun 22-də də isti temperatur diskomfortunun gözləndiyi açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG