Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Xaçaturyan bacılarının atasına cinayət işi açılmayacaq


Yerevanda Rusiya səfirliyi qarşısında Xaçaturyan bacılarına dəstək aksiyası, 24 iyun, 2019-cu il
Yerevanda Rusiya səfirliyi qarşısında Xaçaturyan bacılarına dəstək aksiyası, 24 iyun, 2019-cu il

Rusiyanın İstintaq Komitəsi Xaçaturyan bacılarının vəkilinə qızların atasına cinayət işi açılmasıyla bağlı imtina göndərib. Sənəddə atanın qızlarını incitməsi, onlara cinsi təcavüzü də sübuta yetirilib. Bu haqda TASS agentliyi və “Kommersant” qəzeti yazır.

“Qızlara qarşı mənəvi və cinsi zorakılıq faktlarını müstəntiqlər təsdiqləyir, imtinanın səbəbi isə formal xarakter daşıyır və gözlənilən idi”, – vəkil Sergey Parşin TASS agentliyinə deyib.

Vəkil ümid edir ki, müstəntiqlərin müəyyənləşdirdiyi faktlar onlara qızların özünümüdafiə məqsədilə hərəkət etdiyini sübuta yetirməyə kömək edəcək və cinayət işi bağlanacaq.

Tomskda Xaçaturyan bacılarına dəstək piketi
Tomskda Xaçaturyan bacılarına dəstək piketi

Üç bacını planlaşdırılan qətl maddəsi üzrə 8 ildən 20 ilədək həbs gözləyir. Prokurorluq ittihamnamənin son variantında yazıb ki, qətlin motivi atanın qızlarına qarşı qanunsuz zorakı hərəkətləri olub. Vəkillər isə qızların özlərini müdafiə etdiklərini deyirlər.

Mixail Xaçaturyanın cəsədi ötən ilin iyulunda Moskvadakı evində tapılıb. Onun bədənində çoxsaylı bıçaq yaraları, başında çəkic zədəsi aşkarlanıb. Polis qızları çağırıb və onlar qətli etiraf ediblər.

Mariya, Kristina Angelina, onların anaları və qonşuları Mixail Xaçaturyanın övladları ilə qəddar davrandığını deyirlər. Xaçaturyanın digər qohumları isə onu müdafiə edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG