Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:39

Kəşmirdə azı 2 nəfər öldürülüb


Şrinaharda təhlükəsizlik əməkdaşları, 19 avqust, 2019-cu il

Avqustun 21-də Hindistanın təhlükəsizlik qüvvələri Kəşmirdə iki şübhəli yaraqlını öldürdüyünü bildirib. Bu, regionun xüsusi statusu bu ay ləğv olunandan ilk belə toqquşmadır.

Bir polis əməkdaşının da öldürüldüyü xəbər verilir.

Kəşmirin Hindistanın nəzarətində olan hissəsinə minlərlə əlavə qüvvə yeridilib. Avqustun 20-də isə Baramulla rayonunun qədim hissəsində reyd keçirilib.

Pakistan isə təmas xəttində Hindistan tərəfdən açılmış atəşdən üç dinc sakininin həlak olduğunu bəyan edib.

Kəşmirin yüksəkçinli polis zabitlərinin məlumatına görə, regionda təhlükəsizlik tədbirləri gücləndiriləndən bəri azı 2 min 300 nəfər saxlanıb.

Onlar əsasən gənclər, Hindistana qarşı çıxanlardır, ancaq aralarında Kəşmirin Hindistanı dəstəkləyən liderləri də var.

Avqustun 5-də Hindistan Kəşmirin xüsusi statusunu ləğv edib, kommunikasiya xətlərini kəsib, komendant saatı tətbiq edib.

Hindistanla Pakistan 1947-ci ildə Britaniyadan müstəqillik əldə edəndən Kəşmir bu iki ölkə arasında bölünüb. Onlar mübahisəli region üzrə iki dəfə müharibə aparıblar.

Son 30 ildə Kəşmirin Hindistana aid hissəsində 50 mindən çox adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG