Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:17

Ilya Yashin bir ayda dördüncü dəfə həbs olunub


Ilya Yashin polis avtobusunda
Ilya Yashin polis avtobusunda

Avqustun 20-də Moskvadakı Troitsky rayon məhkəməsi Moskva Duması üzvlüyünə namizədliyi qeydə alınmamış Ilya Yashin barəsində 10 sutkalıq həbs qərarı çıxarıb.

Onu iyulun 18-19-da Trubnaya meydanına çıxmağa çağırmaqla “razılaşdırılmamış aksiyanın təşkili”ndə suçlayırlar.

Məhkəmənin əvvəlində Yashin hüquqi proseduru Franz Kafka-nın “Məhkəmə” romanındakı “tamaşaya” bənzədib. O, daha sonra məhkəmə zalında romanı oxumağa başlayıb, zaldakılara deyib ki, “orijinal həmişə sonrakı ucuz versiyalardan yaxşıdır”.

30 sutkalıq həbs

Yashin bu ay artıq dördüncü dəfədir administrativ cəzaya məhkum edilir. İyulun 29-da o, 27 iyul aksiyasına çağırışa görə 10 sutkalıq həbs olunmuşdu. Bir gün sonra daha 10 sutka cəza kəsildi, ancaq həbs müddətləri cəmlənmədi. Avqustun 8-də azadlığa çıxmalı olan siyasətçini yenidən məhkəməyə apardılar və daha 10 sutkalıq həbs kəsdilər.

Müxalifətçi avqustun 18-də azadlığa çıxmalıydı. Amma onu elə təcridxana qarşısında saxlayıblar. Məhkəmə avqustun 19-da işə baxmayıb. Protokolda pozuntular aşkarlanıb və onu polisə qaytarıblar.

Beləliklə, Ilya Yashin mitinq keçirmə qaydalarını pozmağa və təkrar pozmağa görə artıq 30 sutka həbs cəzasına məhkum edilib.

Bir aydan çoxdur Moskvada mitinqlər keçirilir. Buna müstəqil namizədlərin Moskva Dumasına seçkilərə buraxılmaması səbəb olub. Yashin də belə namizədlərdəndir. Məhkəmə onu seçkiyə buraxmayıb.

Rusiyada daha bir neçə siyasətçi saxlanıb. Onlara qarşı kütləvi iğtişaşlar və hakimiyyət təmsilçisinə zor tətbiq etmək maddələri ilə cinayət işləri açılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG