Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Məhkəmə müxalifətçi Yashin-in şikayətini rədd edib


Ilya Yashin məhkəmədə
Ilya Yashin məhkəmədə

Moskva Şəhər Məhkəməsi müxalif siyasətçi Ilya Yashin-in seçkiyə buraxılmamaqla bağlı şikayətini rədd edib. Seçki komissiyaları onu 8 sentyabr bələdiyyə seçkisində namizəd kimi qeydiyyata almayıb.

Məhkəmənin avqustun 16-da çıxardığı qərarda deyilir ki, regional və federal seçki komissiyalarının Yashin-in namizədliyini qeydə almaması qanuni addım olub.

Yashin məhkəməyə həbsdən gətirilib. O, ictimai tədbirlərin təşkili qaydalarını pozduğuna görə 10 günlük həbs cəzası çəkir.

Siyasətçi bir neçə seçki komissiyasının onun namizədliyini qeydə almamasını siyasi motivli qərar sayıb.

Seçki rəsmiləri Yashin daxil olmaqla onlarla müstəqil və müxalifət siyasətçini seçkiyə buraxmayıblar, onların yığdığı imzaların etibarsız və saxta olduğunu bildiriblər. Potensial namizədlər isə bu iddianın doğru olmadığını deyirlər.

Qeydiyyata alınmayanlardan yalnız biri – Yabloko partiyasından Sergei Mitrokhin apelyasiya məhkəməsinin qərarıyla namizədliyini qeydə aldıra bilib.

Son həftələr Moskvada bir neçə icazəli və icazəsiz aksiya keçirilib, müstəqil və müxalifət namizədlərinin seçkiyə buraxılması tələb olunub.

10 avqust yürüşündə polis 250-dən çox etirazçını saxlayıb. Ardıcıl olaraq dördüncü həftə keçirilmiş nümayişə ilk dəfə olaraq Rusiyanın digər şəhərlərində “həmrəylik” aksiyaları təşkil olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG