Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Korrupsiya Zelensky-ni də ‘zəhərləyəcəkmi’ – Qərb mediası


Siyasi karikatura
Siyasi karikatura

“The National Interest” dərgisində Eli Kaul Ukraynanın apreldə seçilmiş prezidenti Volodymyr Zelensky-nin korrupsiyanın öhdəsindən necə gələcəyindən yazır.

Müəllifin fikrincə, Zelensky-nin seçkini udmasında ölkənin şərqindəki münaqişədən başqa Ukraynanın siyasi sistemində kök salmış korrupsiyayla mübarizə vədləri də böyük rol oynayıb. Əvvəlki prezident Petro Poroshenko münaqişəni dayandırmağı vəd edərək seçildi və o vaxtdan münaqişə dondurulub. Ancaq Ukraynanın münaqişə getməyən yerlərində iqtisadi problemlərin həllində elə bir irəliləyiş görünmür. 2018-ci ildə Ukrayna hökumət yerli valyutayla 540 milyardlıq vergi gəliri əldə edib, di gəl, infrastruktura, təhsilə, səhiyyəyə, cəmiyyətə fayda verən digər sahələrin yaxşılaşdırılmasına xərcləmələr həyat səviyyəsini arzulanan dərəcəyə çatdırmayıb. Korrupsiyayla mübarizə üzrə ayrıca hökumət qurumu yaradılsa da, hökumətin aşağı eşelonlarında çalışanlar korrupsiyanın öncəki onillik səviyyəsinə oxşar qaldığını görürlər. Gənc ukraynalılar üçünsə ən vacib problemlərdən biri sabit işlə təminatdır.

Prezident seçkisinin nəticəsi, çox güman, ona görə böyük təəssürat yaratdı ki, siyasi autsayder də legitim şans əldə etdi. Ancaq hakimiyyətə gəlişindən həftələr keçməsinə baxmayaraq, oliqarxlara bağlılıq və korrupsiyanın qalması bu dəfə işlərin başqa cür gedəcəyi ideyasına kölgə salıb. Yeni administrasiya gərəkən lüstrasiyanı gerçəkləşdirməyib, onda hökumət qanunsuz fəaliyyətlə bağlı olanlardan təmizlənərdi. Bu ssenari yalnız o halda mümkün olardı ki, Zelensky-nin Xalqın Qulluqçusu partiyası Radaya nəzarət etsin. Kədərli olsa da, korrupsiyanın şirnikləndirici səviyyədə qalacağı ehtimalı güclüdür və yeni “siyasi autsayderlərin” sələflərinin korrupsiya təcrübəsini təkrarlaması yalnız zaman məsələsinə çevrilə bilər”, – müəllif yazır.

Ignalina nüvə enerjisi zavodu
Ignalina nüvə enerjisi zavodu

Chernobyl serialı Litvaya da turist axınını gücləndirib

“Frans Pres” agentliyi HBO-nun Chernobyl teleserialının Litvaya turist axınını gücləndirməsindən yazır. Turistlər Litvanın şərqində yerləşən, vaxtilə nüvə reaktoru kimi fəaliyyət göstərmiş Ignalina elektrik stansiyasına üç saatlıq səyahət edə bilirlər. Turist Vytas Miknaitis agentliyə “qətiyyən qorxmadığını” deyib.

Çernobıldan 450 kilometrlik məsafədə yerləşən Ignalina-da ötən il serialın bəzi hissələri çəkilib.

Litvanın yeganə nüvə reaktoru olmuş bu obyekt Çernobıl serialı mayda efirə çıxmazdan öncə də ictimaiyyətə açıq idi, ancaq son vaxtlar ziyarətçilərin sayı artıb.

Ağ libaslı turistlər reaktorun üstündə gəzir, müxtəlif stansiyalarına baş çəkirlər. Onlar düymələri basaraq rola da girirlər.

Ignalina zavodunun sözçüsü Natalija Survila-Glebova deyib ki, serial əsasən Litvadan, eləcə də Polşa, Latviya və Britaniyadan ziyarətçi sayını artırıb. Təkcə ötən ay 900 turist gəlib və ilin sonunadək sifarişlər tamamlanıb. Hazırda təmir işləri getdiyindən turlara ancaq böyüklər buraxılır.

İllüstrativ foto
İllüstrativ foto

Apple TV+ xidmətini işə salır

Apple şirkəti son bir ildə kontent alışına girişib və artıq Netflix-in rəqibini işə salmaq üzrədir. Bloomberg yazır ki, texnologiya nəhəngi noyabrda TV+ abunə xidmətini işə salacaq, aylıq haqqı 10 dollar olacaq.

Məlumata görə, Apple xidmətin orijinal şou və filmləri üçün 6 milyard dollar xərcləməyi nəzərdə tutur. Şirkət 2020-ci ilədək xidmət satışından 50 milyard dollar əldə etməyi hədəfləyir. Şirkət gəlir əldə etməyin başqa yollarını arayır, çünki təkcə Apple-nın deyil, bütün sənaye üzrə smartfon satışı zəifləyir, səbəb də zəif iqtisadiyyatlar və bazarın doyması göstərilir.

Məqalədə deyilir ki, TV+ xidmətinin rəqiblərindən daha baha başa gələcəyi görünsə də, onun uğuru təkcə qiymətdən deyil, digər faktorlardan da asılıdır. Disney-in oxşar xidməti aya 7, Netflix-in əsas seçimi isə yalnız 9 dollara satılacaq. Bloomberg mənbələrindən öyrənib ki, Apple xidmət üçün fərqli strategiyaları nəzərdən keçirir. Xidmətin 150-dən artıq ölkədə əlçatan olacağı xəbər verilir.

XS
SM
MD
LG