Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:14

Facebook, Twitter Çini ittiham edir


Honq Konq, 18 avqust, 2019-cu il
Honq Konq, 18 avqust, 2019-cu il

Populyar sosial media şəbəkələri olan Twitter və Facebook avqustun 19-da Çinin dəstəklədiyi, Honq Konqda “siyasi narazılıq yaratmaq” niyyəti güdən hesabları bağlayıblar.

Twitter Çinin hərəkətlərini dövlətin dəstəklədiyi dezinformasiya kampaniyası adlandırıb, 963 hesabı bağladığını bildirib. Ümumilikdə 200 minədək hesabın isə dezinformasiya yaya bilməsini önləməkdən ötrü profilaktika məqsədilə bağlandığı vurğulanıb.

Twitter kampaniyanı “spəm şəbəkəsi”, Honq Konqda “etiraz hərəkatının legitimliyinə və siyasi mövqelərinə” zərbə vurmağı hədəfləyən koordinasiyalı iş adlandırıb.

Nathaniel Gleicher
Nathaniel Gleicher

Twitter Facebook-a da xəbərdarlıq edib və sonuncu “yeddi səhifəni, üç qrupu, beş hesabı” bağlayıb.

Facebook-un bildirməsinə görə, araşdırma Çin hökumətinə bağlı fərdlərə əlaqələri üzə çıxarıb.

“Onlar tez-tez Honq Konqdakı etirazlar kimi yerli siyasi xəbərlər və məsələlər haqda postlar yerləşdiriblər”, – Facebook-un kibertəhlükəsizlik siyasətinin rəhbəri Nathaniel Gleicher söyləyib.

Onun sözlərinə görə, “bu fəaliyyətin arxasında duranlar kimliklərini gizlətməyə çalışsalar da, araşdırmamız Çin hökumətinə bağlı fərdlərə əlaqələri üzə çıxarıb”.

Twitter bəyanatında ayıq-sayıqlığı davam etdirəcəklərini vurğulayıb.

İyunun əvvəlində Honq Konqda etirazçılar şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə görə küçələrə çıxıblar. Sonradan yerli hakimiyyət qanun layihəsinin təxirə salındığını elan edib, ancaq onu rəsmən ləğv etməyib. Şəhərin başçısı Carrie Lam istefaya getməkdən imtina edib.

Etirazçıların tələbləri də genişlənib və avqustun 18-də etirazların 11-ci həftəsi başa çatıb.

Çin hökuməti bu muxtar ərazidə küçələrə etiraza çıxanları kəskin tənqid edib, onların davranışıın “terrorçuluğa yaxın” olduğunu deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG