Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:57

Qubada 10 hektar ərazi yanır


Yanğın. Foto arxiv

«Yanğın tam lokallaşdırılıb»

«Avqustun 19-u səhər saatlarından Quba rayon ərazisində başlamış yanğın tam lokallaşdırılıb və yaxın bir-iki saat ərzində tamamilə söndürüləcək».

Bunu Quba rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, yanğın 10 hektara yaxın sahəni əhatə edib.

Yanğının baş vermə səbəbinə gəlincə, X.Heybətov bunu insan amili ilə əlaqələndirib: «Yol keçən, ya böyürtikan yığan kimsə siqaret atıb. Otlar da quruyub, ona görə yanğın belə geniş miqyas alıb».

Yanğının bir gün ərzində söndürülməməsinin səbəbləri ilə bağlı danışan X.Heybətov bunu relyefin çətinliyi, havanın da nisbətən küləkli olması ilə əlaqələndirib. «Amma dediyim kimi, yanğın tam lokallaşdırılıb və yaxın bir-iki saat ərzində tamamilə söndürüləcək»,- müavin vurğulayıb.

+++

Avqustun 19-da Quba rayonunda yanğın başlayıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, yanğın rayonun Zərqava inzibati ərazi dairəsindəki meşə-kolluq hissədə başlayıb. Yanğının 10 hektara yaxın ərazini əhatə etdiyi, onun söndürülməsi istiqamətində işlərin davam etdiyi deyilir.

İ.İbrahimova habelə bildirib ki, Zərqova inzibati ərazi dairəsində analoji proses ötən il də olub.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə aid torpaqlarda qeydə alınıb.

İ.İbrahimova deyib: «Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər ediliblər».

Günün bütün mövzuları

XS
SM
MD
LG