Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Qəzaya düşən MİQ-29-un yeni hissələri tapılıb [Foto]


MİQ-29

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış «MİQ–29» təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntüləri yayılıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin Twitter səhifəsində məlumat verilib.

Orada bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri Xəzər dənizinə düşən «MİQ-29» təyyarəsinə aid yeni hissələr tapıb, hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin qara qutusunun axtarışları davam etdirilir.

Xatırlatma

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.

Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib.

Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG